11:01 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. Azərbaycanda aviasiya mühərrikləri və kiçik mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə “Global Force Technology” şirkətinin nümayəndələri bildirib. Onlar qeyd edib ki, şirkət Azərbaycan Respublikası ərazisində aviasiya mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalının yaradılması üzrə layihə hazırlayıb.
Layihənin məqsədi dünyanın ən aparıcı istehsalçıları ilə birgə sənayenin ən son texnologiyalarından istifadə etməklə təyyarə mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalıdır.
“Global Force Technology” şirkəti bu layihənin hazırlanması ilə iki il ərzində məşğul olur və bu müddət ərzində beynəlxalq tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb.
Hazırda layihənin icrası üçün icazə və sertifikatlar almaqla bağlı müvafiq dövlət orqanlarına lazımi sənədlər qeydiyyat olunur.
12 Avqust 2026