16:15 - 11.01.2024
11 yanvar, Fineko/abc.az. ABŞ-ın Qiymətli kağızlar və Birja Komissiyası (SEC) birbaşa Bitcoin-ə investisiya qoyan ilk 11 ETF-nin işə salınmasını rəsmi olaraq təsdiqlədi.
ABC.AZ xəbər verir ki, xüsusilə, tənzimləyici Grayscale Bitcoin Trust, Bitwise Bitcoin ETF, Hashdex Bitcoin ETF, iShares Bitcoin Trust, Valkyrie Bitcoin Fund, ARK 21Shares Bitcoin ETF, Invesco Galaxy Bitcoin ETF, VanEck Bitcoin Trust, WisdomTree Bitcoin Fund, Fidelity Wise Origin Bitcoin Fund və Franklin Bitcoin ETF fondlarının payları ilə ticarət etməyə icazə verib.
Bu, naməlum şəxsin X sosial şəbəkəsindəki SEC hesabına icazəsiz giriş əldə etməsindən və tənzimləyicinin bu cür ETF-lərin işə salınmasına icazə verməsi barədə məlumat yayımlamasından sonra baş verdi, sonradan komissiya tərəfindən təkzib edilib ləğv edildi.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026