İrlandiyada bağ yollarından imtina etməyi təklif ediblər — iqlim dəyişikliyi səbəbindən

10:29 - 30.12.2023


30 dekabr, Fineko/abc.az. İrlandiyanın ətraf mühit naziri Eamon Ryan beton və asfalt bağ yollarından imtina etməyi təklif edib.

ABC.AZ xəbər verir ki, eyni təkliflə Dublin Şəhər Şurası vətəndaşlara müraciət etmişdi. Rəsmilərin fikrincə, asfalt və beton yolların istifadəsi şəhərin mərkəzi bölgələrində çox köhnə olan yağış sisteminə çox yük verir və bu da öz növbəsində drenaj sisteminin daşması səbəbindən yağışlar zamanı çayların çirklənməsinə səbəb olur.