Son 11 ayda Avropa ölkələrindən Azərbaycana bu qədər ətir ixrac edilib

10:21 - 30.12.2023


30 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 9,4% - 240 tona qədər artırıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumat verir.

Statistik məlumatlara görə, ixrac dəyər ifadəsində 31% - 16,3 milyon avroya qədər artıb.

10 ayın yekunları üzrə Azərbaycan bazarına ətir və tualet suyunun ixrac dəyərinə görə Almaniya lider olub (7,9 milyon avro, artım 34,2%). Yanvar-oktyabr aylarında ətir və tualet suyu ixracatçılarının ilk üçlüyünə (dəyər ifadəsində) Fransa (4,3 milyon avro, artım 1,7 dəfə) və İtaliya (1,8 milyon avro, artım 27,7%) da daxil olub.