Azərbaycanda yaradılacaq vahid TIR parkı ilə bağlı hansı işlər görülür?

11:03 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl Azərbaycanda vahid TIR parkının yaradılacağı barədə yayılmış məlumatın detalları açıqlanıb.

ABC.AZ xəbər verir ki, ilin yekunları ilə bağlı jurnalistlərlə görüşdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov məsələ ilə bağlı sualımıza cavabında bildirib ki, sözügedən məsələ ilə bağlı artıq işçi qrupu yaradılıb.

Baş Katib qeyd edib ki, hazırda bizim infrastruktur öyrənilir.

"İşçi qrupu olduqca smart şəkildə fəaliyyət göstərir. Beynəlxalq daşıyıcılar dəvət olunub, onların fikri öyrənilir. Sözügedən parkda elektron növbələr olacaq. Düzdür, hazırda elektron növbələr fəaliyyət göstərir. İndi onların gömrük postuna inteqrasiyası həyata keçiriləcək. Bununla da infrastrukturumuz inkişaf etmiş olacaq", - deyə K.Qurbanov bildirib.