12:26 - 27.12.2023
27 dekabr, Fineko/abc.az. 27.11.2023 il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni dövlət qeydiyyatına alıb.
ABC.AZ xəbər verir ki, nizamnamə kapitalı 1,5 milyon manat olan fintex şirkətinin qanuni təmsilçisi Hüseynov Azad İsrail oğludur.
“A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin Müşahidə Şurasının üzvləri Əliyeva Şirin Eldar qızı, Tekeli Taylan və Zərinə Zeynalova Turan qızıdır.
Qeyd edək ki, şirkətin hüquqi ünvanı Yasamal rayonu, Tbilisi prospekti, ev 149-da yerləşir.