Bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması qaydası belə olacaq - Dəyişiklik

14:43 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Gələn ildən Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması qaydası dəyişəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azad idi.

Azadolmanın müddəti bu il fevralın 1-də bitdiyindən həmin tarixdən banklar əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutur.

Əhalinin vergi yükünün azaldılması və əmanətlərin uzunmüddətli yerləşdirilməsinin təşviqi məqsədilə Vergi Məcəlləsində bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlbində məbləğdən asılı olaraq yeni dəyişikliklər edilib.