16:15 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Rusiyanın spirtli içki istehsalçısı “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəməsi və Azərbaycanda dövlətə məxsus şərab müəssisini alan “AzAbrau” MMC-nin nizamnamə kapitalı artırılıb.
ABC.AZ xəbər verir ki, “AzAbrau”n nizamnamə kapitalı 6 100 126 manatdan 6 813 300 manata yüksəldilib.
Beləliklə, kapitalı 713 174 manat və ya 11.7% artırılmış olub.
“AzAbrau” MMC 2021-ci ilin iyulunda yaradılıb. Şirkət 2021-ci ilin dekabrında Şəkidə fəaliyyətdə olan “Şəki Şərab” MMC-nin bir hissəsini satın alıb.
Həmin tarixdə Əmlak Məsələləri Dövlət Xidməti və şirkət arasında alğı-satqı müqaviləsi imzalanıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026