09:27 - 21.12.2023
21 dekabr, Fineko/abc.az. Cümə axşamı keçirilən hərracda neftin etalon markalarının qiyməti aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:23-də $0,34 (0,43%) - bir barel üçün $79,36-a düşdü. Dekabrın 20-də Brent markalı neftin fevral fyuçersləri $0,47 (0,59%) artaraq bir barel üçün $79,70-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti saat 09:23-ə $0,34 (0,46%) azalaraq bir barel üçün $73,88-a düşüb. Dekabrın 20 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,28 (0,38%) artaraq bir barel üçün $74,22-a çatıb.