ADNOC və ENN Natural Gas şirkətləri maye qaz tədarükü haqqında müqavilə bağladılar

17:05 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. ADNOC şirkəti (BƏƏ) Çinin ENN Natural Gas şirkəti ilə müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, şirkətlər 2028-ci ildən etibarən 15 il ərzində ildə ən azı 1 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü barədə razılığa gəliblər.

LNG-nin əsasən Ruwais LNG ilə göndəriləcəyi qeyd olunur.