MSK İlham Əliyevin namizədliyini təsdiq edib

16:43 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.