Almaniya Xarici İşlər Nazirliyi villa aldığına görə israfçılıqda ittiham olunur

16:05 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. AFR-in Hesablama Palatası Almaniya Xarici İşlər Nazirliyini Brüsseldə lüks villa alması səbəbindən israfçılıqda ittiham edib.

ABC.AZ xəbər verir ki, keçmiş xarici işlər naziri Haiko Maase dövründə Aİ səfiri üçün alınan əmlak nazirliyə təxminən 8 milyon avroya başa gəlmişdi. Sahəsi 15.000 m2 olan ərazi isə mövcud olan dörd ərazidən altı dəfə böyükdür ki, bu da onun saxlanması xərclərinə təsir göstərir.

Dövlətin xərclərini minimuma endirmək üçün, Palata Nazirlikdən mövcud sahələrdən birini təcili satmağı tələb etdi.