“Hyundai Motor” Rusiyadakı zavodunu satışa çıxarır

15:11 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. “Hyundai Motor” direktorlar şurasının Rusiyadakı zavodun satılması ilə bağlı növbədənkənar iclası keçirilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iclasda direktorlar şurası Sankt-Peterburqdakı zavodunun satışını təsdiqləyib. Şirkətdən bildirilib ki, Rusiyada satış sonrası xidmət və digər müştəri dəstəyini davam etdirəcək.

Rusiyadakı “Hyundai” zavodu 2022-ci ilin mart ayından fəaliyyətsizdir. Daha əvvəl orada “Hyundai Solaris” və “Creta”, həmçinin “Kia Rio “və “Rio X” avtomobil modelləri yığılıb.

2023-cü ilin sentyabrında Sənaye və Ticarət Nazirliyi avtomobil istehsalçısının zavodunun “Rusiya şirkəti” tərəfindən alınacağını bildirib. Müqavilə iki il müddətinə satın alma opsionu ilə həyata keçiriləcək.

Müəllif: Elmir Murad