10:40 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. Avropa Rusiyadan mayeləşdirilmiş karbohidrogen qazlarının (LPG) idxalını qadağan edir. Mövcud müqavilələr üçün qadağa bir il təxirə salınmaqla qüvvəyə minəcək. Avropa istiqaməti Rusiya LPG-lərinin ümumi ixracının 75%-ni təşkil edirdi ki, bu da 2023-cü ildə 4 milyon tona çata bilər.
ABC.AZ xəbər verir ki, əsas istehlakçı Polşa idi, bu ölkə üçün Rusiya xammalına qoyulan qadağa həmçinin problem olacaq. Rusiya şirkətləri bir il ərzində yeni satış bazarları axtarmalı olacaqlar. Bunun üçün ilk növbədə Çinə tədarüklə bağlı nəqliyyat infrastrukturunun genişləndirilməsi lazım olacaq.
Aİ hesab edir ki, bu məhdudiyyət Rusiya Federasiyasının gəlirlərini ildə 1 milyard avrodan çox həcmdə azaldacaq.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026