Beynəlxalq daşımalar üzrə Azərbaycan daşıyıcılarının bazar payı artıb

15:16 - 18.12.2023


18 Dekabr, Fineko/abc.az. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə Azərbaycan daşıyıcılarının bazar payı ciddi artıb.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən ümumilikdə 221 min 841 ikitərəfli daşıma həyata keçirilib. Bu daşımaların 101 min 843-ü Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib ki, bu da ümumi daşımaların 45,91%-ni təşkil edir.