10:53 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. Azərbaycanda bərpa olunan enerji istehsalının payı artaraq 10%-i keçib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 11 ayı ərzində ölkə ərazisində 24 milyard 932.3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bunun da 22 milyard 387.5 milyon kVt/saatı İES-lərdə istehsal edilib.
Bununla belə külək, günəş və su elektrik stansiyalarından ümumilikdə 2 milyard 544.8 milyon kVt/saat elektrik enerjisi alınıb.
Su elektrik stansiyalarından illik müqayisədə enerji istehsalının həcmi 5.6 faiz artaraq 1 milyard 587.8 milyon kVt/saat, küləkdən 6.7 faiz artaraq 62.3 kVt/saat və küləkdən 18.3 faiz artaraq 53 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Beləliklə, alternativ mənbələrdən alınan elektrik enerjisinin ümumi istehsalda payı son bir ildə 9.78 faizdən 10.21 faizə yüksəlib.