Neft bahalaşır, Brent bir barel üçün $76,82 təşkil edir

09:35 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarının qiyməti artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:20 – dək $0,27 (0,35%) artaraq bir barel üçün $76,82-a çatıb. Dekabrın 15-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin fevral ayı üçün fyuçersləri $0,08 (3,16%) azalaraq bir barel üçün $76,55-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar ayı üçün neft fyuçerslərinin qiyməti saat 09:20 – dək $0,31 (0,43%) artaraq bir barel üçün $71,74-a çatıb. Dekabrın 15 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar neft fyuçerslərinin qiyməti $0,15 (0,21%) azalaraq bir barel üçün $71,43-a düşüb.

Ötən həftə Brent markalı neft 0,94%, WTI isə 0,28% bahalaşıb.