12:30 - 15.12.2023
15 dekabr, Fineko/abc.az. "Ümid” qaz-kondensat yatağında yerləşən “Ümid-1 platformasından hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində nəql infrastrukturunda olan məhdudiyyətlər aradan qaldırılaraq platformanın gündəlik hasilat gücü 8.1 mln. kubmetrə çatdırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın illik hesabatında (2022-ci ilin nəticələrinə görə) bildirilir.
Hesabata əsasən, bu layihə çərçivəsində “Ümid-1” platformasında yenidənqurma işləri, dənizdə 20 nəql kəmərinin tikintisi, “Daşgil-2” terminalının baypas hissəsinin tikintisi, quruda 40 qaz nəql kəmərinin tikintisi və Səngəçal Baş Qurğularında UBOC Əməliyyat Şirkətinə məxsus sahədə qaz qəbul infrastrukturunun tikintisi işləri icra edilib. Qeyd olunur ki, U1-20 və U1-22 saylı quyuların istismara verilməsi ilə platforma tam gücünə çatdırılması nəzərdə tutulub.