Rusiya ABŞ-a uran tədarükünü öncədən dayandıra bilər

10:39 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. Konqres 2028-ci ildən Rusiya uranının idxalına qadağa haqqında qanun qəbul edildiyi təqdirdə, Rusiya ABŞ-a uran tədarükünü öncə dayandıra bilər.

ABC.AZ xəbər veriri ki, dekabrın 12-də ABŞ Nümayəndələr Palatası Rusiya Federasiyasından uran idxalını qadağan edən qanun layihəsini təsdiqləmişdi. Söhbət Rusiya Federasiyasında və ya bu ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən biri tərəfindən istehsal olunan az zənginləşdirilmiş uranın idxalının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsindən gedir.

 Moskva hələ bu məsələ ilə bağlı qəti qərar verməyib.