10:14 - 15.12.2023
15 dekabr, Fineko/abc.az. Yaponiya İqtisadiyyat Nazirliyi Rusiyadan 57, Belarusdan isə 27 şirkətə qarşı yeni sanksiyalar paketi təqdim edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, anti-Rusiya tədbirləri çərçivəsində Tokio Ermənistan, BƏƏ, Suriya və Özbəkistandan olan bir sıra şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq edib.
Eyni məhdudlaşdırıcı tədbir siyahıdakı bütün hüquqi şəxslərə də şamil olunacaq: Yaponiya öz ərazisində siyahıda olan hər hansı şirkətə aid ən azı bəzi aktivləri aşkar edərsə, onları donduracaq.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026