Çin dəniz suyundan uran çıxaran filtr yaradıb

10:17 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Çin dəniz suyundan uran çıxaran filtr yaradıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, kimyaçılar aromatik karbohidrogenlərə əsaslanan məsaməli material hazırlayıblar.

Bu material uran birləşmələrinin ionlarını sudan çox effektiv şəkildə udur və minimal enerji sərfiyyatı ilə onu toplayır.

Filtrlər Dünya Okeanının sularından uranın çıxarılması üçün istifadə oluna bilər.

Tədqiqatçılar “ACS Central Science” jurnalındakı məqalələrində yazır ki, bu materialın hər qramı üç həftə ərzində dəniz suyundan 12,6 mq uran çıxarmağa qadirdir.