“Qazpromneft” şəbəkəsi yeni formatlı yanacaqdoldurma məntəqələrini istifadəyə verdi

17:00 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. 50-dən çox “Qazpromneft” yanacaqdoldurma məntəqəsi 2024-cü ilin sonuna qədər Rusiya yanacaq pərakəndə satışı üçün yeni formata köçürüləcək.

Bu, yanacaq, kafe və mağaza mallarını tez bir zamanda ödəmək üçün genişləndirilmiş özünə xidmət zonası olacaqdır.

ABC.AZ xəbər verir ki, yanacağı ödəməklə yanaşı, özünəxidmət kassalarının rəqəmsal menyusu vasitəsilə yanacaq kartının balansını, loyallıq proqramının bonuslarının sayını öyrənmək, həmçinin mağaza mallarını, isti içkiləri ödəyə və firma kafesinin yeməklərini sifariş edə bilərsiniz.