Taker Karlson vitse-prezident olmaq ehtimalına aydınlıq gətirib

10:19 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. “Fox News”un keçmiş aparıcısı Taker Karlson, 2024-cü il seçkilərində Donald Trampın qalib gələrək Ağ Evə qayıdacağı təqdirdə, ABŞ-ın vitse-prezidenti vəzifəsini icra etmək qabiliyyətinə şübhə edir.

ABC.AZ xəbər verir ki, dekabrın əvvəlində Karlson bildirmişdir ki, keçmiş Amerika lideri Donald Trampın qarşıdakı seçkilərdə namizədliyini dəstəkləyəcək və respublikaçıya dəstək olaraq etirazlara rəhbərlik edəcək.