Pərakəndə elektron ticarət gəlirinin böyük hissəsi Asiya ölkələrinin payına düşür - Reytinq

17:18 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Dünya üzrə ümumi pərakəndə elektron ticarət gəlirinin böyük hissəsi Asiya ölkələrinin payına düşür.

ABC.AZ xəbər verir ki, bu, “Golbal İndex”in araşdırmasından sonra məlum olub. Araşdırmalara görə, Asiya ölkələrinin elektron ticarət gəliri 1,69 trilyon dollardır.

Dünya üzrə ümumi pərakəndə elektron ticarət gəlirini sizə təqdim edirik:

1. Asiya: 1,69 trilyon dollar

2. Şimali və Cənubi Amerika: 984 milyard dollar

3. Avropa: 566 milyard dollar

4. Avstraliya və Okeaniya: 40,58 milyard dollar

5. Afrika: 32,49 milyard dollar

6. Qlobal Cəmi: 3,32 trilyon dollar