Azərbaycanda apteklər dərman satışından bu qədər gəlir əldə edib

15:59 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 152 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 0.8% azalıb.

Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.