Nümayəndələr Palatası dekabrın 13-də Baydenin impiçment qətnaməsinə səs verəcək

15:46 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. ABŞ Konqresinin Nümayəndələr Palatası dekabrın 13-də Co Baydenin impiçment qətnaməsinə səs verəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Amerika qanunverici orqanının aşağı palatasındakı Respublika Partiyası Aparatının nümayəndəsi bildirib.

Xatırladaq ki, Respublikaçılar ABŞ Konqresinin aşağı palatasında səslərin əksəriyyətinə nəzarət edir və buna görə də impiçment qətnaməsi üzrə effektiv səsvermə ehtimalı olduqca yüksəkdir.