Pərakəndə ticarətdə 51 milyard manatlıq satış həyata keçirilib

14:04 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3 milyard manatlıq, o cümlədən 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.4 faiz, qeyri-ərzaq malları üzrə 5.1 faiz artıb.