Türkiyədə ilk “Akkuyu” AES enerji blokunun istismarına icazə verildi

12:26 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji bloku yerli hakimiyyət orqanlarından istifadəyə icazə alıb.

“Türkiyənin Nüvə Tənzimləmə Agentliyinin “Akkuyu” AES-in birinci blokunun istismara verilməsinə icazə verilməsi barədə qərarı təsdiq edir ki, biz Türkiyə qanunvericiliyinin, AES-in tikintisinin beynəlxalq standartlarının bütün tələblərini yerinə yetirmişik və irəli getməyə hazırıq. Biz, vacib və məsuliyyətli bir mərhələyə qədəm qoyuruq”, — deyə  “Akkuyu Nuklear” baş direktoru Anastasiya Zoteyeva bildirib.

Növbəti addım ilk enerji blokunun istismarı üçün lisenziyanın alınması olacaq ki, bu da onu nüvə yanacağı ilə yükləməyə və buraxılışdan əvvəl nəzarət əməliyyatlarına başlamağa imkan verəcəkdir.