11:01 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. Özbəkistan oktyabrda dünyada ən çox qızıl satan ölkə olub.
ABC.AZ-ın məlumatına görə, oktyabrda mərkəzi banklar qlobal qızıl ehtiyatlarını 42 ton artırıblar.
Ən çox qızıl yenə də Çin Xalq Bankı (23 ton), Türkiyə Mərkəzi Bankı (19 ton) və Polşa Milli Bankı (3 ton) alıb.
Özbəkistan isə ən çox qızıl satan ölkə olub. Belə ki, adıçıkilən ölkə nə az, nə çox 11 ton qızıl satıb. Yanvar-oktyabr aylarında Özbəkistan Mərkəzi Bankı 0,7 milyon troy unsiyası və ya 21,7 ton qızıl satıb.