13:43 - 9.12.2023
9 dekabr, Fineko/abc.az. Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, buna qədər Qüdsi Osmanov Azərbaycanın Moldovada səfiri idi.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026