Neft bahalaşır, Brent bir barel üçün $75,21 təşkil edir

09:10 - 8.12.2023


8 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü keçirilən hərracda artır.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:05 – ə qədər $1,16 (1,57%) artaraq bir barel üçün $75,21-a çatıb. Dekabrın 7 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin fevral fyuçersləri $0,25 (0,34%) ucuzlaşaraq bir barel üçün $74,05-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:05 – ə qədər $1,01 (1,46%) artaraq bir barel üçün $70,35-a çatdı. Dekabrın 7 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,04 (0,06%) azalaraq bir barel üçün $69,34-a düşüb.