10:55 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. G7 ölkələri 1 yanvar 2024-cü il tarixinədək Rusiya Federasiyasında hasil olunan, işlənmiş və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına məhdudiyyətlər tətbiq edəcəklər.
ABC.AZ xəbər verir ki, martın 1-dən etibarən üçüncü ölkələrdə işlənmiş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər tətbiq etməyə başlanılacaq.
Xam almazların aktiv idxalçısı olan G7 ölkələri 1 sentyabr 2024-cü il tarixinə qədər izləmə və sertifikatlaşdırma əsasında yoxlama mexanizmi yaradacaqlar.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026