14:15 - 28.11.2023
28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar oktyabr aylarında ölkədə 136,7 milyon manatlıq elektrik avadanlıqları istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu da illik müqayisə ilə 7,8% çoxdur.
Bundan başqa 224,4 milyon manatlıq mebel istehsal olunub ki, bu göstərici son bir ildə 9,5% çoxdur.
Pərakədəndə ticarət şəbəkəsində elektik malları və mebellerə əhali 2 milyard 259 milyon manat vəsait xərcləyib. Bu illik müqayisədə 4% çoxdur.
Son bir ay ərzində isə bu məshullara 214,9 milyon manat vəsait xərclənib. Bu da aylıq müqayisədə 10,5% çoxdur.
17 Avqust 2026
15 Avqust 2026