09:25 - 28.11.2023
28 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri dünənki enişdən sonra çərşənbə axşamı hərracda zəif yüksəlir.
London İCE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:11 – ə qədər $0,11 (0,14%) artaraq bir barel üçün $80,09-a çatıb. Noyabrın 27 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin yanvar fyuçersləri $0,60 (0,74%) ucuzlaşaraq bir barel üçün $79,98-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:11 – ə qədər $0,05 (0,07%) artaraq bir barel üçün $74,91-a çatdı. 27 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,68 (0,90%) azalaraq bir barel üçün $74,86-a düşüb.
21 Avqust 2026