Bankların biznes kredit portfeli kiçilib, ya böyüyüb?

16:07 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. 2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 12 246,4 milyon manat həcmində olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 333,7 milyon manat və ya 12,2% çoxdur.

Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların biznes kredit portfeli 10 912,7 milyon manat həcmində olub.