11:47 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. 2023-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrünə nəzərən 10.1% artıb.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, ilkin mənzil bazarında qiymət indeksi 7.8%, təkrar mənzil bazarında qiymət indeksi isə 10.1% yüksəlib.
2023-cü ilin II rübü ilə müqayisədə III rüb üzrə qiymət indeksi ümumilikdə mənzil bazarında 2.8%, ilkin mənzil bazarında 1.8%, təkrar mənzil bazarında isə 2.8% artıb.