14:08 - 21.11.2023
21 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652.2 min manatdan çox vəsait qaytarılıb.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunun 98.9 min manatı oktyabr ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 4.7 dəfə çoxdur.
Bu il noyabrın 1-nə muxtar respublikada 2 212 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb. 10 ay ərzində belə aparatlarla qeydə alınan dövriyyə 175.7 milyon manatdan çox olub.