Azərbaycanda bu məhsulların qiymətində bahalaşma hiss edilib

15:55 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. Azərbaycanda tərəvəzlərin qiymətində bahalaşma müşahidə edilir.

ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin oktyabr ayında sentyabr ayına nisbətən tərəvəzlərin qiyməti 6.5% bahalaşıb.

Tərəvəzlərin qiyməti 2023-cü ilin oktyabrında 2022-ci ilin eyni ayına nisbətən isə 1.7% artıb.

Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin yığımı davam edir və noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 1753.6 min ton (1.4 faiz çox) tərəvəz yığılıb.