“Eyvazlı” gömrük postu yenidən fəaliyyətə başlayır?

14:23 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən “Eyvazlı” gömrük postunun yenidən fəaliyyət göstərməsi ölkələrarası ticari münasibətlərdən asılıdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

O bildirib ki, “Eyvazlı” gömrük postunda hazırda heç bir hərəkətlilik yoxdur: “Gələcəkdə Azərbaycanda yerləşən bütün gömrük-keçid məntəqələrinin imkanlarının artırılması istiqamətində dövlət siyasəti əsasında iş aparacağıq”.