14:25 - 17.11.2023
17 noyabr, Fineko/abc.az. Britaniyanın BP şirkəti Türkiyədəki 779 yanancaqdoldurma məntəqəsini (YDM) bu ölkənin “Petrol Ofisi” şirkətinə satır.
ABC.AZ xəbər verir ki, bu barədə “Petrol Ofisi” məlumat yayıb.
YDM-ləri idarə edən “BP Petrolleri A.Ş.” şirkəti ilə yanaşı “Petrol Ofisi” Britaniya şirkətinin Türkiyədəki digər aktivinidə – “BP Turkey Refining Limited” şirkətinin də almaq niyyətindədir. Bu sövdələşmələr üzrə qiymətlərin müəyyən edilməsi üçün Rəqabət Qurumunun rəyi gözlənilir.
Bundan əlavə, “BP Turkey Refining Limited” şirkəti “ATAS Anadolu Taşfiyehanesi A.Ş.” birgə müəssisəsində 51% paya malik olduğundan həmin pay da “Petrol Ofisi”nin nəzarətinə keçir.
Rəsmi təsdiqdən sonra BP Türkiyənin pərakəndə ticarət bazarından tamamilə çıxacaq. Satışların 2024-cü ildə tamamlanması və bundan sonra isə YDM-lərin üzərindəki adın dəyişdirilməsi nəzərdə tutulur.
Amma BP şirkətinin digər fəaliyyətlərini, xüsusən də “Castrol” və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti və Trans-Anadolu Qaz Boru Kəmərindəki (TANAP) əməliyyatlarını davam etdirəcək.
25 Avqust 2026