11:16 - 17.11.2023
17 noyabr, Fineko/abc.az. Venesuelada ödəniş məntəqələrinin təxminən 36%-i Rusiyanın “Mir” sistemindən olan kartları qəbul edir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Mir” sistemi artıq bütün Venesuelada işləyir.
Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Venesuelanın Marqarita adasında satış məntəqələrinin 100%-i “Mir” kartlarını qəbul edir.
“Mir” kartları iyun ayından Venesuelada ticarət və xidmət müəssisələrinin terminallarında qəbul olunmağa başlayıb. İyul ayında Marqarita adasında “Mir” kartlarının qəbuluna başlanılıb. Oktyabr ayında Rusiya baş nazirinin müavini Aleksandr Novak demişdi ki, Venesuelada “Mir” kartlarından yalnız yerli Mərkəzi Bankın terminalları vasitəsilə istifadə etmək olar. Bu həftə məlum olub ki, “Mir” kart operatoru Rusiya bankları tərəfindən xaricdə ödənişlərin qəbulunu təsdiqləyib.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026