Neft sabitdir, Brent bir barel üçün $77,48 təşkil edir

09:30 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki ciddi enişdən sonra cümə günü hərracda sabitdir.

London İCE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:27 – dək $0,06 (0,08%) artaraq bir barel üçün $77,48-a çatıb. Noyabrın 16 - da Brent markalı neftin yanvar fyuçersləri $3,76 (4,63%) ucuzlaşaraq bir barel üçün $77,42-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:27 – ə qədər $0,07 (0,10%) artaraq bir barel üçün $72,97-a çatdı. Noyabrın 16 – da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin dekabrın fyuçerslərinin qiyməti $3,76 (4,90%) - bir barel üçün $72,90-a düşdü.