Azərbaycan bu ölkəyə neft satışını bərpa etdi

16:42 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. Avstraliya on beş aydan sonra yenidən Azərbaycan neftini alıb. Bu ticarət 2023-cü ilin oktyabrında baş tutub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi statistik göstəricilərdə bildirilir.

Oktyabrda Avstraliyaya 39.2 min ton və ya  $28.39 milyon dollarlıq xam neft satılıb.

Sonuncu dəfə Avstraliya Azərbaycandan 2023-cü ilin iyulunda xam neft tədarük etmişdi. Həmin müddətdə 156.42 min ton və ya  $138.98 milyonluq neft alınmışdı.

Azərbaycan cari ildə xam neftin bir tonunu Avstraliyaya $724 satıb. 2023-cü ilin ilk 10 ayı üzrə orta qiymət isə 619 $/tondur.