Neft ucuzlaşır, Brent bir barel üçün $80,48 təşkil edir

09:30 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən gün düşdükdən sonra cümə axşamı hərracda enməyə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:28-ə qədər $0,70 (0,86%) azalaraq bir barel üçün $80,48-a düşüb. Noyabrın 15-də Brent markalı neftin yanvar fyuçersləri $1,29 (1,56%) azalaraq bir barel üçün $81,18-a enib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 09:28-ə qədər $0,54 (0,70%) azalaraq bir barel üçün $76,12-a düşüb. Noyabrın 15-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçerslərinin qiyməti $1,60 (2,04%) azalaraq bir barel üçün $76,66-a düşüb.