14:02 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev fələstinli həmkarı Mahmud Abbasa məktub göndərib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı məktubda bir sıra məsələlərə toxunub, o cümlədən fələstinli qaçqınlarla bağlı da məsələyə diqqət çəkib.
Azərbaycan lideri məktubda qeyd edib ki, rəsmi Bakı fələstinli qaçqınlara bundan sonra da dəstək göstərməyə davam edəcək.
“Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir”, - dövlət başçısı qeyd edib.