16:47 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 490 min barel səviyyəsində olub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd olunur.
Agentliyin qiymətləndirməsinə görə, sentyabr ayında Azərbaycanda neft hasilatı 490 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.
Beləliklə, Azərbaycan oktyabr ayında “OPEC+” çərçivəsində kvotasından 194 min barel geridə qalıb.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 491 min barel təşkil edib və ölkə bu dövrdə “OPEC+” çərçivəsində kvotasından 193 min barel geridə qalıb.