10:29 - 7.11.2023
7 noyabr, Fineko/abc.az. 2024-cü ilin mart-aprel aylarında Gürcüstanda yeni limanın tikintisinə başlanılacaq.
ABC.AZ xəbər verir ki, yeni liman Anaklia limanıdır.
Bu barədə baş nazir İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Anaklia limanının tikintisi üçün artıq 20 milyon lari ayrılıb, 2024-cü ilin büdcəsindən isə 50 milyon larinin ayrılması planlaşdırılır.
Baş nazir əlavə edib ki, dekabr ayında layihənin investorlarının adına aydınlıq gətiriləcək.
13 Avqust 2026
13 Avqust 2026