Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyri çox olub - Kazımov

17:30 - 2.11.2023


2 noyabr, Fineko/abc.az. Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyri çox olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Bununla belə, Taleh Kazımov qeyd edib ki, bunun dəqiq statistikası onlarda yoxdur: “Amma bununla bağlı təhlil aparmaq qərarına gəldik”.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə deyib ki, ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.