17:19 - 2.11.2023
2 noyabr, Fineko/abc.az. Cari ildə fiziki şəxslərin əmanətlərində de-dollarlaşma davam edib. Fiziki şəxslərin xarici valyuta olan depozitləri 4.1 faiz bəndi azalaraq 35%-ə düşmüşdü.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov qeyd edib ki, narahatlıq doğuran əsas məsələ fiziki şəxslərin əmanətlərin strukturudur:
“Bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra fiziki şəxslərin 30 min manata olan depozitlərində artım tempi azalıb. Vergi Məcəlləsində təklif olunan dəyişiklərdə bu fiziki şəxslərin stimullaşdırılması təklif olunur”.
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026