“Muğanbank”da sığortasız əmanətin 70 mln. manatı bir şəxsə aiddir - Taleh Kazımov

17:34 - 1.11.2023


1 noyabr, Fineko/abc.az. Ləğv prosesində olan “Muğanbank”da sığortasız əmanət təxminən 101 milyon manatdır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.

“101 milyon sığortasız əmanətin 73 milyonu fiziki şəxslərindir. 73 milyonun da 70 milyon manatı 1 fiziki şəxsindir. Qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə mən deyirəm ki, “Muğanbank”ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir” – Taleh Kazımov əlavə edib.